ABŞ-ın Baltimor şəhərində vəziyyət gərginləşdi, komendant saatı tətbiq edildi - FOTOLAR (YENİLƏNİB)
Bizi izləyin

Dünya

ABŞ-ın Baltimor şəhərində vəziyyət gərginləşdi, komendant saatı tətbiq edildi - FOTOLAR (YENİLƏNİB)

Afroameriaklı şəxsin ölümü səbəbindən Amerikanın Baltimor (Merilend ştatı) şəhərində etiraz aksiyası başlayıb. Nəticədə, etirazçılarla polis arasında qarşıdurma yaşanıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, yaranmış iğtişaşda 7 polis əməkdaşı xəsarət alıb: onlardan bəzilərində sümük sınıqları müşahidə olunub, digər bir polis isə huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, Baltimor küçələrində baş verən iğtişaşlar aprelin 27-dən başlayıb. Polis bölməsindən deyilib: “Günün ikinci yarısında nümayişçilər polis əməkdaşlarına hücum çəkdilər. Şəhər sakinlərinin müdafiəsi üçün bütün lazımı tədbirlərə əl atmağa hazırıq”. Nümayişin yatırılması üçün gözyaşardıcı qazdan istifadə olunub.

Xəbər verildiyi kimi nümayişçilər vitrinləri dağıdır, maşınları çevirib yandırır. Bundan əlavə, onlar apteklərin birində soyğunçuluq edərək müəssisəyə od vurub. Hadisə yerində yanğınsöndürən briqadaları çalışır.

Ştatın qubernatoru Larri Hoqan fövqəladə vəziyyət rejiminin tətbiq olunması haqda fərman imzalayıb. Milli qvardiyanın bölmələri döyüş hazırlığı vəziyyətinə gətirilib. Polis sakinlərə evdən bayıra çıxmamağı tövsiyə edib.

Prezident Barak Obama yaranmış iğtişaşı baş prokurorla da müzakirə edib. İğtişaşın yatırılması üçün 5 min polisin cəlb edilməsi nəzərdə tutulub.

Xatırladaq ki, bütün bu iğtişaşlar aprel ayında həbs olunan 25 yaşlı Fredi Qreyə görə yaranıb. Polis qaradərili amerikalını narkotik ticarətinə görə həbs edib. Bundan sonra adıçəkilən şəxs xəstəxanada ölüb. Polisin qəddarlığına görə şəhər sakinləri etiraz aksiyasına başlayıb.

X X X

Şəhər bələdiyyəsi komendant saatı rejimi tətbiq edib. Vətəndaşlara bir həftə ərzində saat 22:00-dan 05:00-a kimi küçəyə çıxmaq qadağan olunub. Son məlumatlara görə, şəhərdə kütləvi qarət müşahidə olunur, mağazalar və ofislər dağıdılır. 15 polis və onlarla nümayişçinin yaralandığı, 20-dən çox nümayişçinin isə saxlanıldığı bildirilir.

Bəzi məlumatlara görə, şəhərin mərkəzində böyük yanğın başlayıb. Yanğının nümayişçilər tərəfindən törədildiyi ehtimal edilir. Bundan başqa, şahidlərin sözlərinə görə, nümayişçilər yanğınsöndürən maşınların su borularını kəsərək onların yanğını söndürməsinə mane olurlar.

Şəhərdə sabitliyi təmin etmək üçün küçələrə 6 min polis çıxarılacaq. ABŞ mediası ötən il baş verən Ferqyuson hadisələrini xatırladır və baş verənləri “İkinci Ferqyuson” adlandırır.

“Biz soyğunçuluq və zorakılıq aktlarına dözməyəcəyik. Mən Merilend ştatının milli qvardiyasını döyüş hazırlığı vəziyyətinə gətirmişəm. Soyğunçuluq və zorakılıq aktlarında iştirak edənlər qanunun bütün ciddiliyi ilə cəzalandırılacaq”, - Merilend ştatının qubernatoru Larri Hoqan bildirib.

Gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edən polisin 6 yaşlı uşağı yaraladığı xəbər verilir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm