Narışkin Avropanı Rusiyaya birləşməyə çağırdı
Bizi izləyin

Dünya

Narışkin Avropanı Rusiyaya birləşməyə çağırdı

Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin Çexiya prezidenti Miloş Zemanın Rusiya və Avropa Birliyinin ümumi gələcəyi barədə fikirlərini dəstəkləyib.

Publika.az “Komsomolskaya Pravda” nəşrinə istinadən xəbər verir ki, Sergey Narışkin Rusiya və Avropanın birləşməsinə başlamağı təklif edib.

Spiker hesab edir ki, bunu yalnız arzu etmək azdır: “Bu barədə ucadan danışmaq və müzakirələrə başlamağın əsl vaxtıdır. Zeman Avropa Birliyinin üzvlərinin Rusiya Federasiyasının tərkibinə birləşəcəyini istisna etməyib. Ölkəmiz iki regional birləşmənin – Avrasiya İqtisadi Birliyi və Avropa Birliyinin gələcək inteqrasiyası imkanı haqqında dəfələrlə danışıb. Məsələnin bu şəkildə qoyuluşunu fantaziya hesab etmirəm”

Çexiya prezidenti aprelin 23-də bildirib ki, Rusiya və Avropa Birliyinin iqtisadiyyatlarının gələcək inteqrasiyasını arzulayır: “Bir tərəfdə xammal resursları, digər tərəfdə müasir texnologiyalar. Bütün dövlətlərin inkişaf səviyyəsinə müsbət təsir edəcək iqtisadiyyatı yaratmaq lazımdır”.

O həmçinin Rusiyaya qarşı tətbiq olunan sanksiyalara qarşı çıxaraq onların hər iki tərəfə zərər verdiyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm