Məhkəmə qərarından şikayət etdi, ömürlük cəza aldı – VİDEO
Bizi izləyin

Dünya

Məhkəmə qərarından şikayət etdi, ömürlük cəza aldı – VİDEO

Cənubi Koreyanın apelyasiya məhkəməsi “Sevol” gəmisinin kapitanı Li Çjun Soku ömürlük azadlıqdan məhrum edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, məhkəmə onu kütləvi qətldə günahkar bilib.

Məhkəmə bununla da onun barəsində ötən ilin noyabrında verilən məhkəmə hökmünü ləğv edib. Kapitan 36 il azadlıqdan məhrum edilmişdi. Li Çjun Soku məhkəmənin qərarını ədalətsiz hesab edərək apelyasiya məhkəməsinə müraciət etmişdi.

Gəminin baş mühəndisinə verilən cəzaya da yenidən baxılıb. Onun həbsxana müddəti 30 ildən 10 ilə qədər azaldılıb. Baş mühəndis qətldə deyil, səhlənkarlıqda ittiham olunub. Ekipajın bütün qalan üzvləri barəsində verilən cəzalar da yumşaldılıb.

Xatırladaq ki, Cənubi Koreyaya məxsus “Sevol” gəmisi ötən il aprelin 16-da qəzaya uğrayıb. Qəzaya uğrayarkən gəmidə 476 nəfər sərnişin olub. 295 nəfər sərnişin qəza nəticəsində həlak olub, doqquz nəfər isə itkin düşüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm