Mişel Obamanın “qucaqlaşma” sevgisi – FOTOLAR
Bizi izləyin

Dünya

Mişel Obamanın “qucaqlaşma” sevgisi – FOTOLAR

ABŞ-ın birinci xanımı Mişel Obama “birinci qucaqlaşan” (Hugger in chief) seçilib.

Publika.az-ın məlumatına görə, “The Daily Beast”in jurnalistlərinin araşdırmasına görə, xanım Obamanın “qucaqlaşma”ya xüsusi simpatiyası var. Məlumata görə, o, aprelin 25-də Ağ Evdə jurnalistlər üçün keçirilən ənənəvi mətbuat konfransında təxminən 20-yə yaxın adamı qucaqlayıb.

“İlk xoş təəssüratı necə yaratmaq olar: vücud dili və xarizma” kitabının müəllifi Petti Vud bildirir ki, birinci xanım öz sələflərindən təkcə qucaqlamanın həcminə görə deyil, həm də səmimiyyətinə görə fərqlənir”.

Onun sözlərinə görə bu təşəbbüs adətən ilk olaraq Obama tərəfindən gəlir: “O, bunu həmişə edir. Heç şübhə yoxdur ki, bu onun üçün formal ritual deyil, daxildən gələn istəkdir”, - deyə Vud bildirir.

Qeyd edək ki, 2009-cu ildə xanım Obama İngiltərə kraliçası II Yelizavetta ilə Bukinnqem sarayında görüşərkən də protocol qaydalarını kobud şəkildə pozaraq kraliçanı qucaqlamışdı. Qədim Britaniya ənənlərinə görə, kraliçaya toxunmaq qadağandır.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm