Saakaşvilinin məhkəməsi başlayıb
Bizi izləyin

Dünya

Saakaşvilinin məhkəməsi başlayıb

Gürcüstanda ölkənin keçmiş prezidenti Mixail Saakaşvilinin qiyabi məhkəmə prosesi başlayıb.

Publika.az-ın məlumatına görə, Saakaşvili və ərəfdaşları - keçmiş daxili işlər naziri Vano Merabişvili, keçmiş müdafiə naziri David Kezeraşvili, keçmiş ədliyyə naziri Zurab Adeişvili və Tiflisin keçmiş meri Gigi Ugulava müxalifətin 2007-ci il noyabrın 7-də dinc mitinqi dağıdılarkən vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunurlar.

Hazırda Ukraynada prezidenti yanında İslahatlar Şurasının sədri olan eks prezident məhkəmə prosesinə skaypla qoşulmaq təklifindən imtina edib.

M.Saakaşviliyə qarşı büdcəni dağıtmaq, məsrəfçilik də daxil olmaqla 3 cinayət işi açılıb. O, təqsirli bilinsə ona 8 il həbs cəzası veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm