Putin sovet qanunlarını bərpa edir
Bizi izləyin

Dünya

Putin sovet qanunlarını bərpa edir

Rusiya prezidenti Vladimir Putin bəzi məmurları maaşlarının səviyyəsinin reqlamentə uyğun müəyyən olunmasını təklif edib.

Publika.az-ın məlumatına görə, Putin bu təkliflə Ümumrusiya Xalq Cəbhəsi hərəkatının mediaforumunda çıxış edib. O xatırladıb ki, Sovet İttifaqı dövründə məmurlar üçün dəqiq qaydalar var idi.

"Misal üçün, kimə hansı xidməti avtomobilin ayrılması - kimə "Moskviç", kimə isə "Volqa" avtomobili veriləcəyi aydın göstərilirdi", - Rusiya prezidenti deyib. O indi də belə dəqiq qaydaya ehtiyac olduğunu bildirib.

"Bu qaydanın bərpa edilməsi üzərində düşünmək lazımdır", - prezident əlavə edib.

Onun sözlərinə görə, artıq Maliyyə Nazirliyinə xərclərin optimallaşdırılması bardə tapşırıq verilib. Vladimir Putinin qənaətinə görə, Rusiya qubernatorlarının maaşı nə qədər yüksək olsa da, region üzrə müəyyənləşdirilmiş orta maaş səviyyəsini dəfələrlə üstələməməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm