• USD 1,7022 0,00% EUR 1,8999 0,00%
    • GBP 2,1620 0,00% RUB 0,0285 0,00%

"Ağsaqqallar" Putinlə görüşə gəlib

  • Dünya
  • 29 Aprel 2015 05:53
  • 460 Baxış
"Ağsaqqallar" Putinlə görüşə gəlib

Rusiyanın xarici işlər naziri Sergei Lavrov Moskvada keçmiş ABŞ prezidenti Cimmi Karter və digər tanınmış dünya liderləri ilə görüşüb.

Publika.az-ın məlumatına görə, Lavrovla görüşdə Finlandiyanın keçmiş prezidenti Martti Ahtisaari, keçmiş Meksika prezidenti Ernesto Zedillo, Norveçin keçmiş baş naziri Gro Harlem Brundtland və 2012-2014-cü illərdə BMT-nin Suriya üzrə elçisi olmuş Lakhdar Brahimi də iştirak edib.

Lavrov beynəlxalq problemlərin həllində onların qətiyyəti və gücünü alqışlayıb. Onun sözlərinə görə, Cimmi Karter, BMT-nin keçmiş baş katibi Kofi Annan və digər keçmiş dünya liderlərindən ibarət qrupun üzvləri aprelin 29-da prezident Vladimir Putinlə də görüşəcəklər.

Səfər Ukraynanın şərqindəki münaqişəyə görə, Qərblə Rusiya arasındakı münasibətlərin gərginləşməsi fonunda gerçəkləşib.

“Yaşlılar” qrupunu bir araya 2007-ci ildə Nelson Mandela gətirib və hazırda ona Kofi Annan rəhbərlik edir.

Liderlər ibarət bu müstəqil qrup dünyada sülh və insan haqlarının müdafiəsi yönündə fəaliyyət göstərir.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR