ABŞ-dan yenilik: Bu güllədən yayınmaq mümkün deyil – VİDEO
Bizi izləyin

Dünya

ABŞ-dan yenilik: Bu güllədən yayınmaq mümkün deyil – VİDEO

ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi-Tədqiqat Agentliyi (Defence Advanced Research Project Agency – DARPA) avtomatik nişan alan güllələri sınaqdan keçirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, güllələr hərəkət edən hədəflərin təqibi üçün uçuş trayektoriyasını dəyişdirir.

Sınaqla bağlı görüntülər DARPA-nın rəsmi saytında yerləşdirilib. Videodan da göründüyü kimi sınaqlar bu ilin fevral ayının 26-da keçirilib. Lakin görüntülər yalnız indi açıqlanıb.

Layihə EXACTO adlanır və layihə üzərində iş bir ildən də az müddətə davam edib. Layihə çərçivəsində 50 kalibrli idarə olunan güllələrin ilk müvəffəqiyyətli sınağının nəticələri hələ 14 iyul 2014-cü il dərc edilib. DARPA-nın bildirilib ki, kiçik kalibrli avtomatik hədəf alan güllələrin uğurla sınaqdan keçirilməsi gələcəkdə istənilən kalibrli mərmilərin idarə olunmasına imkan verəcək.

Agentliyin rəsmi saytında qeyd edilir ki, “ağıllı” güllələr külək və digər amillərin təsirlərini kompensasiya etməyə, bu isə atışın dəqiqliyinə imkan verəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm