Zəlzələdən sonra torpaq sürüşməsi: 250 nəfərdən xəbər yoxdur
Bizi izləyin

Dünya

Zəlzələdən sonra torpaq sürüşməsi: 250 nəfərdən xəbər yoxdur

Nepalda böyük zəlzələdən sonra torpaq sürüşməsi və uçqun baş verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, zəlzələ episentrinin yaxınlığında yerləşən Godatabela kəndində baş verən uçqun və torpaq sürüşməsi nəticəsində 250 nəfərlə əlaqə kəsilib.

Bölgə səlahiyyətlisi Gautam Rimal fəlakətlə əlaqədar ilk məlumatları telefonla aldıqlarını, daha sonra isə əlaqənin tamamilə kəsildiyini bildirib. Kəndin ən yaxın qəsəbədən 12 kilometr uzaqlıqda yerləşdiyi deyilir. Məlumata görə, kənd alpinistlərin ən çox istifadə etdiyi yollardan birinin üzərində yerləşir.

Qeyd edək ki, aprelin 26-da baş verən 7,8 ballıq zəlzələ nəticəsində ən az 5 min nəfər həyatını itirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm