SOCAR Fransa nəhənginin Türkiyədəki payını almaq istəyir
Bizi izləyin

Dünya

SOCAR Fransa nəhənginin Türkiyədəki payını almaq istəyir

Fransanın “Total”ın şirkətinin Türkiyədən çıxması ölkədə maye yanacağının satış bazarını canlandırıb.

Publika.az “Hürriyyət” nəşrinə istinadən xəbər verir ki, Fransa şirkətinin bu sektordakı 5,3 faizlik payının alınması üçün enerji şirkətləri hərəkətə keçib.

Türkiyə nəşri bu şirkətlərdən ən iddialısının Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) olduğunu yazıb. Türkiyədə 1992-ci ildən fəaliyyət göstərən “Total”ın ölkədə 450 yanacaqdoldurma stansiyasının olduğu bildirilir.

Məlumata görə, Böyük Britaniyanın BP şirkəti də 80 milyard dollarlıq sektordakı payını artırmaq istəyir. Türkiyədə 650 maye yanacağı stansiyasının olduğunu açıqlayan şirkət 2 il ərzində onların sayını 800-ə qədər artırmaq istədiyini açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm