Dünya
Kral uşaq qətlini qanuniləşdirdi
Belçika kralı Filipp ölkədə yenilik yaşına çatmamış vətəndaşların evtanaziyasına icazə verən qanunu imzalayıb.
Milli.Az Le Soir-a istinadən bildirir ki, katoliklərin "Citizen Go"
hərəkatının həkimlərin yardımı ilə uşaqların həyatla könüllü
vidalaşmasının leqallaşmasına qarşı çıxmaları da onu
dayandırmayıb.
Avropa Birliyinə daxil olan ölkələrin təqribən 200 min vətəndaşı kral Filippə ünvanlanmış bu bəyanatı imzalamışdı.
La Libre bildirir ki, yeni qanuna görə, Belçikada uşağın
evtanaziyasına valideynlər razılaşmalıdırlar. Bundan başqa,
pasiyentin həyatla vidalaşmaq qərarını könüllü və
şüurlu şəkildə qəbul etmək üçün yetərli yaşa çatdığını psixoloq
təsdiqləməlidir.
Və ən nəhayət, tibbi konsilium uşağın sağalmaz xəstə olduğunu, onun
fiziki və psixoloji əzablarına son qoymağın mümkünsüzlüyünü
təsdiqləməlidir.
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi