“Başımı neftə salıb təcavüz etdilər” - VİDEO
Bizi izləyin

Dünya

“Başımı neftə salıb təcavüz etdilər” - VİDEO

İŞİD terror təşkilatının əlində aylarla girov qaldılar, seks köləsi kimi alınıb-satıldılar. Hər cür təcavüz və təzyiqlərlə qarşılanan yezidi qadınların hekayələri qan dondurur.

Publika.az xəbər verir ki, Türkiyənin “Hürriyyət” qəzetinin müxbiri İŞİD-dən xilas olan yezidi qadınlarla İraqın şimalında və Türkiyədə yerləşən qaçqın düşərgələrində söhbət edib.

19 yaşındakı Daila İraqın şimalındakı Şengal dağındakı Herdan kəndində yaşayıb. İŞİD-in əlində doqquz ay əsir qalan və 4 aprel 2015-ci ildə azad olan Dailanın yaşadıqlarına “vəhşilik” demək azdır. Təcavüz və işgəncələrə məruz qalan Daila İŞİD üzvləri tərəfindən 7 dəfə alınıb-satılıb. “Liseydə son sinfə keçmişdim. Avqustun 3-də səhər saatlarında İŞİD kəndimizə hücum etdi, hər kəs qaçırdı. Bizi tutdular və dedilər ki, ya müsəlman olacaqsınız, ya da öləcəksiniz. Hamımız qorxudan razı olduq. Kənddəki kişilərin hamısını da yığıb apardılar və bir daha onlardan xəbər ala bilmədik”, - Daila deyib.

İŞİD kənddəki qadınları gənclər və yaşlılar olmaqla iki qrupa ayırıb. Gənc qızları uşaqlarla birlikdə Telafer şəhərinə aparıblar. Oradakı qızları məktəbdə yaradılmış qul bazarına çıxarıblar. Dailaya bir türkman müştəri çıxıb.

Daila beş ay onun yanında qalıb. Beş aydan sonra Əbu Mustafa adlı İŞİD əmiri onu türkmanın əlindən alaraq Aymen adlı çeçen əmirinə hədiyyə edib. Aymen dəfələrlə onun başını içi neft dolu çəlləyə salıb zorlayırmış. Əldən-ələ keçən qızı, nəhayət, kərküklü bir ərəb alır və kürdlərə təhvil verir.

Ötən il avqustun 15-də Şengal dağındakı Koço kəndinə hücum edən İŞİD 20 yaşındakı Leylanın anası, iki bacısı və bir qardaşını əsir götürüb. İŞİD bu kəndin gənc qızlar və yaşlı qadınlarını da ayıraraq Mosula aparıb. Leyla və digər qızlar iki gün Mosulda saxlanıldıqdan sonra Suriyaya aparılıb. Onlar Rakkada böyük bir binada yerləşdirilib. Burada onlar ən azı gündə 3-4 İŞİD üzvünə satılıb. Əldən-ələ keçən Leyla bir neçə dəfə intihar etmək fikrinə düşsə də, sonradan bu fikirdən daşınıb. Leyla sonuncu “sahibi” olan İŞİD əmirinin telefonu ilə gizli şəkildə əmisinə zəng edib. Əmisi Rakkadakı bir tanışının köməyi ilə Leylanın Türkiyəyə qaçmasına kömək edib.

İŞİD-in təxminən 20 gün əvvəl sərbəst buraxdığı 216 yezidi qadından biri də doqquz ay İŞİD-in əlində girov olan 10 yaşındakı Rudeynadır. “Mənə də pis şeylər etdilər. Onlar dünyanın ən çirkin insanlarıdır”, - Rudeyna bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm