Gürcüstan hökuməti tam tərkibdə istefa verdi
Bizi izləyin

Dünya

Gürcüstan hökuməti tam tərkibdə istefa verdi

Gürcüstanın gənclər və idman naziri Levan Kipianinin istefa verməsindən sonra hökumət tam tərkibdə istefaya gedib.

Publika.az Gürcüstan mediasına istinadən xəbər verir ki, Levan Kipianinin istefası ilə hazırkı hökumətdə istefa verən nazirlərin sayı 7-yə çatıb.

Gürcüstan Konstitusiyasına əsasən, nazirlərdən üçdə biri istefa verdiyi halda, hökumət tam tərkibdə istefa verməli və parlamentdən yenidən etimad rəyi almalıdır.

Parlament sədri David Usupaşvili bildirib ki, Konstitusiyaya əsasən yeni nazirlərin təyinatı üzrə müstəsna hüquq baş nazirə məxsusdur. Qəti qərarı isə parlament qəbul edir. Əgər qanunverici orqan Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləməsə, prezident parlamenti buraxmaq və yeni parlament seçkilərini təyin etmək hüququna malikdir.

Hazırda “Gürcü arzusu” koalisiyası parlamentdə səslərin əksəriyyətinə malikdir və müşahidəçilər hesab edir ki, yeni hökumət parlamentin etimadını ala biləcək. Baş nazir İrakli Qaribaşvili bildirib ki, hazırkı nazirlərin hamısını öz postlarında saxlayacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm