Ferqyusonda nümayişçi odlu silahla vuruldu
Bizi izləyin

Dünya

Ferqyusonda nümayişçi odlu silahla vuruldu

ABŞ-ın Ferqyuson şəhərində Baltimordakı hadisələrə dəstək aksiyası zamanı bir nəfər vurulub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, polis nümayişçilərə qarşı odlu silahdan istifadə edib. Nümayişçilərdən birinin yaralandığı bildirilir.

ABŞ-ın Merilend ştatının Baltimor şəhərində polis tərəfindən döyülərək öldürülən 25 yaşındakı qaradərili Fred Greyin dəfn mərasimindən sonra başlayan etiraz nümayişləri hakimiyyəti fövqəladə vəziyyət və komendant saatı tətbiq etməyə məcbur edib. İnsanların gecə saatlarında bir həftə küçəyə çıxması qadağan edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm