Lukaşenko qərar verdi
Bizi izləyin

Dünya

Lukaşenko qərar verdi

Belarus prezidenti Aleksandr Lukaşenko növbəti prezident seçkilərində iştirak edəcəyini rəsmi şəkildə açıqlayıb.

Publika.az BELTA informasiya agentliyinə istinadən xəbər verir ki, Lukaşenko parlamentdə xalqa etdiyi illik müraciətində seçki proqramı üzərində işlədiyini bildirib.

Bununla da Belarus prezidenti 2015-ci ilin noyabr ayında keçiriləcək prezident seçkilərində iddiasını ortaya qoyub. O qeyd edib ki, onu bu postda əvəz edə biləcək layiqli namizəd görmür.

Qeyd edək ki, ötən ilin payızında Lukaşenko sağlamlığı imkan verəcəyi təqdirdə seçkilərdə iştirak edəcəyini bildirmişdi.

Xatırladaq ki, Belarusda əvvəlki prezident seçkiləri 19 dekabr 2010-cu ildə keçirilib. Lukaşenko 79,65 faiz səslə ardıcıl dördüncü dəfə prezident seçilib. Seçkilərin nəticələri onun rəqibləri, həmçinin ABŞ və Avropa Birliyi tərəfindən tanınmayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm