Ukrayna Rusiyanı beynəlxalq məhkəmə ilə hədələdi
Bizi izləyin

Dünya

Ukrayna Rusiyanı beynəlxalq məhkəmə ilə hədələdi

Ukraynanın baş naziri Arseni Yasenyuk Rusiyanı beynəlxalq məhkəmə ilə hədələyib.Publika.Az –ın “RBK-Ukrayna” saytına istinadən verdiyi məlumata görə, bu barədə “Batkivşina” parlament fraksiyasının mətbuat xidməti bildirib.

Baş nazir Böyük Britaniyanın xarici işlər naziri Vilyam Heyqlə görüşdən sonra keçirdiyi mətbuat konfrasında Ukraynanın vahid dövlət, Krımda baş verənlərin isə bütün beynəlxalq qayda və standartların pozulması olduğunu söyləyib. A.Yasenyuk hərbi hərəkətlərinə görə Rusiyanın əvəz ödəməli olacağını qeyd edib.

“Biz başa düşürük ki, Rusiya Federasiyasının öz maraqları var. Amma biz Rusiyaya müraciət edirik: Siz öz maraqlarınızı qorumaq üçün bizim maraqlarımızı pozmaq hüququna malik deyilsiniz. Krımdakı qanunsuz hakimiyyət Ukraynanın dövlət mülkiyyətini milliləşdirməyə və Ukrayna silahlı qüvvələrini tərksilah etməyə çalışır. Bunu edənlər Ukrayna və beynəlxalq məhkəmələr qarşısında məsuliyyət daşıyacaq", - Yasenyuk vurğulayıb.

A.Yasenyuk həmçinin bildirib ki, Böyük Britaniyanın xarici işlər naziri ilə görüşdə əvvəlki hakimiyyət tərəfindən oğurlanan pulların axtarışı üçün əməkdaşlıq edilməsi müzakirə olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm