Qərb Ukraynada uduzur: Polşa aktivləşdirilir
Bizi izləyin

Dünya

Qərb Ukraynada uduzur: Polşa aktivləşdirilir

“Ukrayna hadisələrində təkcə Rusiyanın rolu yoxdur”.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə söyləyib.

Onun sözlərinə görə, bunun üçün kifayət qədər dəlillər var:

“Qərbin təkcə siyasi müşavirləri yox, hətta hərbçilər də bu böhranda, hadisələrdə iştirak edirlər. Polşanın bu açıqlaması Maydan hadisələrilə məşğul olan insanlar üçün yeni heç nə gətirməyib. Bu rəsmi açıqlama onu göstərir ki, böhran artıq Ukrayna daxilindən çox beynəlxalq müstəviyə çıxır və artıq hətta rəsmilər də onu təsdiqləyirlər. Əgər daha əvvəl onlar bu məsələni ört-basdır edir, belə açıq etirafdan çəkinirdilərsə, indi, görünür, taktika və strategiya dəyişilir. Bu açıqlamadan da qabaq Qərb tərəfdən silahlıların burda iştirak etdikləri barədə şübhələr və dəlillər vardı. Bu, onsuz da məlum idi və vəziyyəti dəyişmirdi. Bu açıqlama isə inanmıram ki, hazırda konfliktin gedişatında hansısa təsirə gətirib çıxarsın. Polşa ilə ABŞ arasında xüsusi münasibətlər var və istisna eləmək olmaz ki, bu məsələdə Birləşmiş Ştatların rolu olmayıb. Çünki hazırda Avropa İttifaqının digər üzvləri Almaniya və Fransa çalışır ki, Ukrayna hadisələri bu və ya digər şəkildə çözülsün. Nəticədə, Rusiya ilə olan böhran tədricən aradan çıxsın. Amma Amerika bunu istəmir. Amerika istəyir ki, Ukrayna böhranında mütləq qalib olsun. Ona görə də Polşa bu oyunda müəyyən rol oynayır. Bu açıqlama da onu göstərir ki, Polşanın bu oyunda rolu heç də ikinci plan rolu deyil. Hazırda Kiyev sammitində Ukraynayla Avropa İttifaqı danışıqlar aparır. Niyə məhz Kiyev sammiti ərəfəsində belə bir açıqlama yayılıb? Deməli, bu açıqlama hansısa mesaj xarakteri daşıyır. Bu mesaj kim tərəfindən verilə bilər? Burada birmənalı olaraq okeanın o tayında olan qüvvələri deyə bilərik ki, bəli, həqiqətən onlar bu konfliktin indiki şərtlərlə çözülməsində maraqlı deyillər. Onlar Ukraynanın qələbə çalmasını istəyir. Ona görə də siyasətçinin bu sözləri buna dəlalət edir ki hazırki gedişat onları qane eləmir”.

Qeyd edək ki, bir müddət öncə polşalı siyasətçi Yanuş Korve Mikke Maydanda ukraynalılara atəş açan snayperlərin Polşada yetişdirildiyini və buraya xüsusi tapşırıqla göndərildiklərini bildirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm