Saakaşvili Bakıdan Tiflisə cavab verdi - VİDEO
Bizi izləyin

Dünya

Saakaşvili Bakıdan Tiflisə cavab verdi - VİDEO

Gürcüstanın Baş Prokurorluğu tərəfindən Azərbaycanın Baş Prokurorluğuna sabiq prezident Mixail Saakaşvilinin Tiflisə ekstradisiya edilməsi üçün rəsmi sorğu göndərildiyi deyilir.

Mətbuatda yayılan informasiyaya görə, Gürcüstan Baş Prokurorluğu Bakıda olan Saakaşvilinin həbsini xahiş edib.

Saakaşvili artıq ikinci gündür ki, Bakıda keçirilən III Qlobal Forumda iştirak edir.

Sabiq prezidenti hazırda Ukraynada da fəaldır. ANS-ə müsahibəsində Mixail Saakaşvili yenidən Gürcüstana qayıdacağını söylədi:

“Əlbəttə ki, mən Gürcüstana qayıdacam ki, xalqıma kömək edim. Mənim karyeram xalqıma məxsusdur. Mənə bu yaxınlarda çox yüksək vəzifə, Ukrayna hökumət başçısının müavini olmaq təklif edildi. Bu mənim üçün böyük şərəf olardı. Gərək onda mən Ukrayna vətəndaşlığı alıb, Gürcüstan vətəndaşlığından imtina etməliydim. Lakin mən bunu etmədim. Çünki inanıram ki, mənim ölkəmin Gürcüstanın böyük gələcəyi var. Mən bu gələcəyi xalqımla birlikdə quracam”.

Xatırladaq ki, Tiflis Şəhər Məhkəməsi 2014-cü ildə Gürcüstan Baş Prokurorluğunun tələbilə sabiq prezident Mixail Saakaşvili barəsində qiyabi həbs qərarı çıxarıb.

O, bir neçə sabiq nazirlə birlikdə Gürcüstan Cinayət Məcəlləsinin 333-cü maddəsi ilə vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir. Bu maddə ilə ittiham olunanları 5 ildən 8 ilədək həbs cəzası gözləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm