Məmur bədxərclik etdiyinə görə işdən qovuldu
Bizi izləyin

Dünya

Məmur bədxərclik etdiyinə görə işdən qovuldu

Fransanın yüsək rütbəli dövlət qulluqçusu bədxərcliyə görə vəzifəsindən istefa verməli olub.

Publika.az BBC-yə istinadən xəbər verir ki, mədəniyyət nazirinin tələbi ilə Agnes Saal Fransa televiziya və radio arxivi rəhbəri vəzifəsindən azad olunub. Agnes Saal şəxsi sürücüsü və şəxsi avtomobili olmasına baxmayaraq on ay ərzində taxsiyə 40 min avro xərcləyib. O, etiraf edib ki, taksiyə sərf olunmuş vəsaitin 6,700 avrosu oğlunun payına düşür.

Agnes Saal bədxərcliyini sürücüsünü 12-15 saat işləməyə məcbur edə bilmədiyi ilə əlaqələndirib. Bu bədxərclikdən xəbər tutan Mədəniyyət naziri Fleur Pellerin arxiv rəhbərindən vəzifəsindən dərhal istefa verməsini xahiş edib.

Agnes Saal bu vəzifəyə ötən il təyin olunmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm