Klinton: “Baltimor hadisələri ürək yarasıdır”
Bizi izləyin

Dünya

Klinton: “Baltimor hadisələri ürək yarasıdır”

“Baltimor hadisələri ürək yarasıdır. Bu gənclərə və onların ailələrinə baxanda ürəyim ağrıyır. Biz Amerikada irq və ədalətlə bağlı bəzi acı həqiqətlərlə barışmalıyıq”.

Publika.az-ın məlumatına görə, bunu Nyu-Yorkda Kolumbiya universitetində çıxış edən ABŞ prezidentliyinə qadın namizəd Hillari Klinton deyib. O deyib ki, Baltimordakı problemlər ABŞ cəmiyyətində həllini tapmalı olan bir sıra ciddi məsələləri əks etdirir. “Kiçik cinayətlər törətmiş insanların, kütləvi şəkildə həbsinə son qoymaq, eləcə də narkotik maddələrə qarşı mübarizə və əqli xəstəliklər üçün maliyyə fondlarının çatışmazlığı probleminin həllinin vaxtı gəlib çatıb”, - Klinton əlavə edib.

Hillari Klinton eyni zamanda, Baltimorda baş vermiş son zorakılıqlara görə məsuliyyət daşıyanların cəzalandırılmalı olduğunu bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm