• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Papa Fransisk peyğəmbəri təhqir etdi

  • Dünya
  • 30 Aprel 2015 08:34
  • 1 641 Baxış
Papa Fransisk peyğəmbəri təhqir etdi

Papa Fransisk qadın-kişi bərabərsizliyini tənqid edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, ilk insan və ilk peyğəmbər sayılan Həzrəti Adəm üçün “pis fiqur” ifadəsini işlədib.

Katoliklərin ruhani lideri Papa Fransisk hər şeydə qadınları günahlandırmağa çalışan kişilərin Həzrəti Adəm kimi “pis bir fiqur” ortaya qoyduğunu bildirib.

Evliliklərdə baş verən böhranın bir çox hallarda qadınların sərbəst həyata sahib olması ilə izah edildiyini söyləyən Papa bu arqumentlə razılaşmadığını deyib: “Bu haqsızlıqdır və indi biz də Həzrəti Adəm kimi pis bir fiqur ortaya qoyuruq. Tanrı ondan qadağan olunan meyvəni niyə yediyini soruşur. Həzrəti Adəm isə meyvəni Həvvanın verdiyini deyir. Yəni, qadın günahkardır. Yazıq qadın. Qadınları müdafiə etmək lazımdır”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR