Xameneyi iqtisadi böhrandan xilas yolunu göstərdi
Bizi izləyin

Dünya

Xameneyi iqtisadi böhrandan xilas yolunu göstərdi

İranın dini lideri Ayetullah Əli Xameneyi ölkəsinin iqtisadi böhrandan xilas yolunu göstərib.

Publika.az İRNA informasiya agentliyinə istinadən xəbər verir ki, dini lider iqtisadi problemlərin həlli yolunun Cenevrə, Lozanna və yaxud da Nyu-York olmadığını deyib. O, ölkədəki iqtisadi problemlərin həlli üçün yerli istehsala üstünlük verilməsinin lazım olduğunu söyləyib. İrandakı sui-istifadə probleminə də toxunan dini lider bununla bağlı konkret addımlar atılmalı olduğunu vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm