Klintonun rəqibi bəlli oldu
Bizi izləyin

Dünya

Klintonun rəqibi bəlli oldu

Sosialist senator Berni Sanders 2016-cı il prezident seçkilərində Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd olmaq niyyətindədir.

Publika.az xəbər verir ki, senator bu barədə “USA Today” nəşrinə müsahibəsində bildirib.

73 yaşlı senator etiraf edib ki, amerikalıların əksəriyyəti onun haqqında ümumiyyətlə eşitməyib, amma ilkin seçkilərdə onun potensial rəqibi keçmiş dövlət katibi Hillari Klintonu vətəndaşların 90 faizi tanıyır. Sanders əminliyini ifadə edib ki, kiçik ianələr hesabına seçki kampaniyası üçün lazım olan pulu toplaya biləcək.

Senator bildirib ki, seçicilər hökumətin ancaq milyarderlər deyil, sadə amerikalılar üçün də işləməsini istəyirlər.

Berni Sanders 2006-cı ildən Senata seçilir və heç bir partiyanın üzvü deyil. Amma o, əksər hallarda demokratların mövqeyini dəstəkləyir.

Sosialist senatorun potensial rəqibi Hillari Klinton isə Demokrat Partiyasından seçkilərdə iştirak etmək niyyətini aprelin 12-də bəyan edib. ABŞ prezidenti Barak Obama da Klintonun “əla prezident” olacağını deyib. Respublikaçılar Partiyasından isə senatorlar Ted Kruz və Rend Pol prezidentliyə namizəd olacaqlarını rəsmən elan ediblər. Respublikaçılar Partiyasından həmçinin Ceb Buş (kiçik Corc Buşun qardaşı), Nyu-Cersi ştatının qubernatoru Kris Kristi, senatorlar Lindsi Qrem və Marko Rubionun namizəd olacağı gözlənilir.

ABŞ-da prezident seçkiləri 2016-cı ilin noyabrında keçiriləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm