“Charlie Hebdo”nun karikaturaçısı tövbə etdi: “Bir də etmərəm” - VİDEO
Bizi izləyin

Dünya

“Charlie Hebdo”nun karikaturaçısı tövbə etdi: “Bir də etmərəm” - VİDEO

Fransanın “Charlie Hebdo” satirik jurnalının karikaturaçısı Renald Luz bundan sonra Məhəmməd peyğəmbərin karikaturalarını çəkməyəcək.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, karikaturaçı bu barədə Fransa nəşrlərindən birinə müsahibəsində deyib.

“Artıq bitdi. Məhəmməd peyğəmbərin karikaturalarını çəkməyəcəyəm. Öz həyatımı daha onun karikaturalarını çəkməyə xərcləməyəcəyəm”, - Renald Luz bildirib.

Eyni zamanda karikaturaçı əlavə edib ki, terrorçuların qalib gəldiyini iddia edən jurnalın keçmiş baş redaktoru Filipp Valya ilə razı deyil: “Terrorçular qalib gələ bilmədilər”.

Xatırladaq ki, bu il yanvarın 7-də “Charlie Hebdo” jurnalının redaksiyasına hücum edən terrorçular 12 nəfəri qətlə yetirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm