İŞİD iki tunisli jurnalisti edam etdi
Bizi izləyin

Dünya

İŞİD iki tunisli jurnalisti edam etdi

İŞİD terror təşkilatı Liviyada hələ keçən il oğurlanan iki tunisli jurnalisti edam edib.

Publika.az “Reuters” informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Liviya hakimiyyətindən bildirilib.

Tunis hakimiyyətinin nümayəndəsi 2014-cü ilin sentyabrın 8-də oğurlanan Sofyena Çurabi və Nadir Ktarinin ölümünü təsdiq etməkdən imtina edib. Tunis hökuməti vəziyyətin müzakirə edilməsi üçün Liviyaya nümayəndə heyətini göndərib.

Məlumata görə, Liviyanın şərq hissəsi hazırda İŞİD-in nəzarəti altındadır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm