ABŞ Rusiya və İŞİD-in təbliğatına qarşı 30 milyon xərcləyəcək
Bizi izləyin

Dünya

ABŞ Rusiya və İŞİD-in təbliğatına qarşı 30 milyon xərcləyəcək

ABŞ Konqresinin Nümayəndələr Palatasının silahlı qüvvələr üzrə komitəsi İŞİD və Rusiya təbliğatı ilə mübarizəyə 30 milyon dolların ayrılmasını təklif edən qanun layihəsini hazırlayıb.

Publika.az “The Washington Times” nəşrinə istinadən xəbər verir ki, vəsaitin ABŞ-ın xüsusi əməliyyatlar komandanlığının (SOCOM) balansına köçürülməsi nəzərdə tutulur.

“Bizim rəqiblərimiz mümkün qədər daha çox tərəfdar toplamaq üçün bütün dünyada təbliğatdan istifadə edirlər. “Əl-Qaidə” və İŞİD Yaxın Şərqdə, Rusiya isə Şərqi Avropada təbliğat aparır”, - komitə sədri Mak Tornberri bildirib.

Sonradan isə SOCOM-un büdcəsi 54,7 milyon dollara qədər artırıla bilər. Komitə xüsusi əməliyyatlar komandanlığının bu ilin iyul ayından gec olmadan əks-təbliğat proqramını hazırlamasını istəyir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm