• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Prezident ona xəyanət edən arvadını boşadı - VİDEO

  • Dünya
  • 1 May 2015 03:15
  • 1 055 Baxış
Prezident ona xəyanət edən arvadını boşadı - VİDEO

Estoniya Prezidenti Toomas Hendrik İlves və onun xanımı Evelina İlves 2004-cü ildə bağlanmış nikahlarını rəsmən pozublar.

ANS-in məlumatına görə, bu haqda Estoniya prezidentinin dəftərxanasından xəbər verilib.

Mayın 1-dən etibarən Evelina İlves dövlət başçısının arvadına verilmiş bütün güzəştləri itirəcək.

"Qanuna əsasən prezidentin xanımı dövlətin hesabına xidməti maşından istifadə etmək və ehtiyacları üçün prezidentin rəsmi maaşından aylıq 30% pulu almaq hüququ var", - deyə xəbərdə bildirilir.

İlveslər qızlarının tərbiyəsi ilə birgə məşğul olacaq. 1952-ci ildə doğulmuş Toomas Hendrik İlves və 1968-ci il təvəllüdlü Evelina İlves 2004-cü ildə evləniblər. Onların 12 yaşlı Kadri Keyyu adlı qızı var.

Bu, hər ikisinin ikinci nikahı olub. Qeyd edək ki, keçən il avqust ayında Estoniya prezidentinin xanımı Evelina İlvesin gənc oğlanla öpüşən yerdə şəkilləri yayılmışdı.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR