
Çin Elmlər Akademiyasının paleontoloqları ölkənin şimal-şərqindəki Hebey əyalətində yura dövründə yaşamış qeyri-adi dinozavrın qalıqlarını tapıblar.
Publika.az-ın məlumatına görə, həmin dinozavrların lələkli deyil, yarasaya bənzər dəri qanada sahib olduqları ehtimal olunur. Tədqiqatçılar yeni dinozavr növünü putunxua dilində “qəribə qanad” mənasına gələn Yi qi adlandırıblar. Onlar çox da iri olmayan və yalnız Çində aşkar edilən Scansoriopterygidae qrupuna aiddir.