Komandir silah üçün Əsədə yalvardı - VİDEO
Bizi izləyin

Dünya

Komandir silah üçün Əsədə yalvardı - VİDEO

Suriya ordusunun 84-cü briqada komandirinin prezident Bəşər Əsədlə telefon danışığının görüntüləri ortaya çıxıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, briqada komandiri Suheyl Həsən Əsədə yalvararaq ondan silah-sursat istəyib.

Əsgərlərin Ziyare kəndi və Tenmiye bölgəsi kimi strateji əhəmiyyətli ərazilərdən geri çəkildiyini deyən Həsən vəziyyətin çox pis olduğunu bildirib. Suheyl Həsənin Əsədlə telefon danışığının davam etdiyi bir vaxtda onun yanında olan təxminən 800 əsgər “Canımız, qanımız sənə fəda olsun, ey Bəşər” şüarı səsləndirib.

Telefon danışığının görüntüləri Əsədin ordusunun son günlər üzləşdiyi məğlubiyyətin miqyasını bir daha göstərmiş olur. Məlumata görə, müxalifətin son həftələr həyata keçirdiyi əməliyyatlarda Əsədin minə yaxın əsgəri həyatını itirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm