• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Obamanın qarşı çıxdığı büdcə layihəsi qəbul olundu

  • Dünya
  • 1 May 2015 12:06
  • 260 Baxış
Obamanın qarşı çıxdığı büdcə layihəsi qəbul olundu

ABŞ Konqresinin Nümayəndələr Palatası 2016-cı il büdcə layihəsini qəbul edib.

Publika.az “Associated Press” informasiya agentliyinə istinadən xəbər verir ki, büdcə layihəsi 2016-cı ildə hərbi xərclərin 40 milyard dollar artırılmasını nəzərdə tutur.

Nümayəndələr Palatasında təmsil olunan demokratlar layihəyə səs verməyiblər. Eyni zamanda 14 respublikaçı büdcə layihəsinə qarşı çıxıb. Qeyd edək ki, respublikaçılar Nümayəndələr Palatasında əksəriyyət təşkil edir. Respublikaçılar yaxın on il ərzində əsasən sosial layihələrin ixtisarı hesabına büdcə xərclərini 5,3 trilyon dollar azaltmaq niyyətindədir.

Büdcə layihəsi respublikaçıların nəzarət etdiyi Senatla da uyğunlaşdırılıb. Layihənin gələn həftə Senatda qəbul olunacağı gözlənilir.

Respublikaçılar tarazlaşdırılmış büdcənin uzunmüddətli iqtisadi üstünlüklərinin olacağını bildirirlər. Demokratlar isə iddia edirlər ki, onların rəqibləri tərəfindən təklif edilmiş büdcə layihəsi orta sinfin və kasıbların maraqlarını məhdudlaşdırır, əksinə, zənginlər və korporasiyalar üçün verilən əlverişli vergi güzəştlərinə toxunulmur.

ABŞ prezidenti Barak Obamanın büdcə layihəsinə veto qoyacağı gözlənilir. Ağ Evdən bildirilib ki, prezident sosial proqramların maliyyələşdirilməsinin ixtisarı hesabına Pentaqonun büdcəsinin artırılmasına qarşıdır.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR