İstanbulda 1 may nümayişləri həbslərlə başladı
Bizi izləyin

Dünya

İstanbulda 1 may nümayişləri həbslərlə başladı

İstanbulda 1 May Beynəlxalq Zəhmətkeşlər Günü münasibəti ilə keçirilən nümayişlər həbslərlə başlayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulun Beşiktaş rayonunda bir şagird polis tərəfindən saxlanılıb.

Axtarışlar zamanı şagirdin çantasından qaz maskası çıxıb. Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Süleyman Çələbi şagirdə sarılaraq polisə mane olmaq istəyib. Çələbi ilə polis arasındakı qısamüddətli dialoqdan sonra şagird sərbəst buraxılıb.

İstanbulun Okmeydan səmtində isə 5 nəfər saxlanılıb. Polisin şübhəli şəxslər üzərində araşdırmalarından sonra onların üzərində qaz maskaları aşkarlanıb.

Məlumata görə, 21 min polis və 63 TOMA İstanbulda təhlükəsizliyi qoruyur. Taksim Meydanına gedən bütün yollar bağlanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm