Baş nazir bahalı qələmi dəyişdirdi - FOTO
Bizi izləyin

Dünya

Baş nazir bahalı qələmi dəyişdirdi - FOTO

Yunanıstanın baş naziri Aleksis Çipras “Star Channel” kanalında qatıldığı bir proqramda istifadə etdiyi ”Montblanc” markalı bahalı qələmi reklam fasiləsində dəyişdirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, baş nazir fasilədən sonra ucuz plastik qələmlə görünüb.

Reklam arasında edilən bu dəyişikliyin səbəbi açıqlanmayıb. Amma Çiprasın bahalı qələmlə görünməsindən baş nazirin məsləhətçilərinin narahat olduğu təxmin edilir. Çipras 3 saat ərzində yunan xalqına hökumətin siyasəti və planlarından danışıb.

Almaniyanın “Bild” qəzeti isə iqtisadi böhranla mübarizə aparan Yunanıstanın baş nazirinin bahalı bir qələmlə tamaşaçıların qarşısına çıxmasını tənqid edib. Çiprasın proqramın əvvəlində istifadə etdiyi qələmin növlərindən asılı olaraq 290 avrodan 7000 avroya qədər qiymətinin olduğu bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm