• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Cimmi Karter: “Krımın Rusiyaya birləşdirilməsi qaçılmaz idi”

  • Dünya
  • 1 May 2015 16:15
  • 532 Baxış
Cimmi Karter: “Krımın Rusiyaya birləşdirilməsi qaçılmaz idi”

“Krımın yenidən Rusiyaya birləşdirilməsi hazırkı vəziyyətdə qaçılmaz idi”.

Publika.az xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş prezidenti Cimmi Karter “Voice of America” nəşrinə müsahibəsində deyib.

“Krımın Rusiyaya birləşməsi qaçılmaz addım idi. İnsanların buna razı olub-olmadığının da əhəmiyyəti yox idi. Xruşov Krım üzərində nəzarəti hədiyyə olaraq Ukraynaya verdi. O, Sovet İttifaqının dağıla biləcəyini düşünmədi”, - Cimmi Karter bildirib.

O, ümid etdiyini bildirib ki, ABŞ prezidenti Barak Obama Ukraynaya silah göndərməyəcək. Karter əlavə edib ki, “Ağsaqqıllar Qrupu”nun üzvlərindən heç biri Ukraynaya silah çatdırılmasını dəstəkləmir.

Beynəlxaq “Ağsaqqallar Qrupu”nun üzvü olan keçmiş prezident hazırda Rusiyanın paytaxtı Moskva şəhərindədir. O, iki gün əvvəl isə prezident Vladimir Putinlə görüşüb. “Ağsaqqallar Qrupu”na vaxtilə öz ölkələrində və beynəlxalq təşkilatlarda yüksək vəzifələrdə çalışmış siyasi və ictimai xadimlər daxildir. “Ağsaqqallar Qrupu” Nelson Mandellanın təşəbbüsü ilə 2007-ci ildə yaradılıb və 12 üzvü ətrafında birləşdirir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR