Ərəbistan Yəməndəki neft yatağını məhv etdi
Bizi izləyin

Dünya

Ərəbistan Yəməndəki neft yatağını məhv etdi

Səudiyyə Ərəbistanı Yəmənin şərqində yerləşən Marib şəhərindəki “Safir” neft yatağını bombardman edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı İran mətbuatı yayıb.

Mətbuatın məlumatına görə, bombardman zamanı neft yataqları yerlə-yeksan olub.

Qeyd edək ki, bir neçə gün bundan öncə husilərin Marib şəhərinə doğru hərəkət etdiyi haqqında məlumat yayılmışdı. Məlumata əsasən, qiyamçılar şəhəri Əl-Qaidə terror təşkilatının əlindən xilas etməliydi.

Onu da xatırladaq ki, Marib neft yataqları zəngin olan əsas bölgələrdən hesab edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm