İranda kişilərin qaş aldırması qadağan olundu
Bizi izləyin

Dünya

İranda kişilərin qaş aldırması qadağan olundu

İran Bərbərlər Birliyi ölkədə kişilərin qaş aldırmasını qadağan edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Bərbərlər Birliyinin başçısı Mustafa Guvahi qadağanı pozan bərbərxana və salonların möhürlənəcəyini bildirib.

İranda kişilər arasında qaş aldırmasının çoxalması din alimləri tərəfindən tənqidlə qarşılanıb. İranlı ayetullah Mehdi Hadevi Tehrani kişilərin qadınlara bənzəməsinin caiz (islam dininə görə günah sayılmayan, lakin edilməsi məsləhət görülməyən şeylər) olmadığını deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm