Suriya, İran və Hizbullahın İsrail planı açıqlandı
Bizi izləyin

Dünya

Suriya, İran və Hizbullahın İsrail planı açıqlandı

Suriya, İran və Hizbullah İsrailə qarşı hərbi əməliyyatlar aparmaq üçün Qolan təpələrində cəbhə açmaq barədə razılığa gəliblər.

Axar.az xəbər verir ki, bu barədə İsrail kəşfiyyatına yaxın “Debkafile” agentliyi məlumat yayıb. Məlumatda Suriyanın Müdafiə naziri Fəhd Casim əl-Fricin bir neçə gün öncə Tehrana səfəri zamanı İsrailə qarşı Qolan cəbhəsini açmaq barədə qərarın verildiyi iddia edilib.

İranın əraziyə SEPAH əsgərlərini və əfqan döyüşçüləri yerləşdirəcəyi bildirilir.

Qolan cəbhəsinin Dəməşqdən Qolana, Cəbəl əl-Şeyxdən (Xermon dağı) İsrailin qəsb etdiyi Livan torpağı Şeba fermalarına qədər uzanacağı iddia olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm