Dmitri Peskov: “Putin bu barədə razılıq verməyib”
Bizi izləyin

Dünya

Dmitri Peskov: “Putin bu barədə razılıq verməyib”

Rusiya Ukraynanın Donbas hövzəsində beynəlxalq sülhməramlıların yerləşdirilməsi ilə razılaşmayıb.

Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Dmitri Peskov bununla da Donbas hövzəsində beynəlxalq sülhməramlıların yerləşdirilməsinə prezident Vladimir Putinin razılıq verdiyi barədə informasiyanı təkzib edib. O, qeyd edib ki, mövzu “Norman dördlüyü”nün (Rusiya, Ukrayna, Fransa və Almaniya) liderlərinin telefon danışıqlarında qaldırılsa da, Vladimir Putin onu dəstəkləməyib.

“Sülh missiyasının münaqişə zonasında yerləşdirilməsinə Rusiya tərəfi heç vaxt etiraz etməyib. Amma bu məsələnin müzakirəsi münaqişə tərəflərinin mövqeyi olmadan tamamilə qeyri-mümkündür. Beynəlxalq sülhməramlıların yerləşdirilməsi münaqişənin bütün tərəflərinin razılığı olmadan sadəcə mümkün deyil”, - Dmitri Peskov deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm