Bağdadi əlil olub – İDDİA
Bizi izləyin

Dünya

Bağdadi əlil olub – İDDİA

Mart ayında məruz qaldığı aviazərbələr nəticəsində ağır yaralanan İŞİD terror təşkilatının lideri Əbubəkr Əl-Bağdadinin ölüm xəbəri təkzib olunub.

Publika.az-ın məlumatına görə, Böyük Britaniyanın “The Guardian” nəşri onun sağ qalsa da əlil şikəst olduğunu yazıb.

Nəşrin məlumatına görə, Bağdadinin müalicəsi ilə hazırda iki həkim məşğuldur. Onlar Mosul şəhərinin mərkəzi xəstəxanasında çalışan qadın rentgenoloq və kişi cərrahdır. İŞİD-ə yaxın üç mənbə “The Guardian” nəşrinə açıqlamasında Bağdadinin yarasının olduqca ağır olduğunu bildirib. “Görünür, Bağdadi qruplaşmaya artıq rəhbərlik edə bilməyəcək”, - mənbələr qeyd edib.

Xatırladaq ki, İŞİD lideri martın 18-də yaralanıb. Həmin vaxt koalisiya gücləri İraq və Suriya sərhədində üç avtomobildən ibarət kolona zərbə vurub. Aviazərbələr nəticəsində Bağdadinin üç köməkçisi həlak olub. İŞİD liderinin ölməsi və yerinə yeni xəlifə seçilməsi haqqında informasiya isə terror təşkilatının özü və Vaşinqton tərəfindən təsdiq olunmayıb.

Qeyd edək ki, Bağdadinin ölümü haqqında xəbərlər 2014-cü ilin noyabrında da yayılıb. Ancaq bu məlumatlar da təsdiqlənməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm