• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Tehranda 1 may nümayişi keçirilib

  • Dünya
  • 2 May 2015 06:48
  • 309 Baxış
Tehranda 1 may nümayişi keçirilib

Tehranda 1 may-zəhmətkeşlərin beynəlxalq həmrəylik günü qeyd olunub.

Səhər saatlarında Tehranın mərkəzi prospektinə toplaşanlar hökumətdən pensiya yaşının aşağı salınması və əmək sığortasının miqyasının genişləndirilməsini tələb ediblər. Mitinqdə qadınlar da iştirak edib. Onlar işçilərə daha geniş hüquqların verilməsini tələb ediblər.

Mitinqdə iştirak edən İran İslam Şurasının (parlament) deputatı Əli Rza Məhçup zəhmətkeşlərin həmrəylik gününün qeyd olunmasına icazə verdiyinə görə Prezident Həsən Ruhaniyə təşəkkürünü bildirib.

Mitinq axşam saatlarında insidentsiz başa çatıb.

Xatırladaq ki, 8 il əvvəl İranda 1 may gününün qeyd olunması qadağan edilmişdi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR