Bərzani müstəqil kürd dövləti üçün ABŞ-a gedir
Bizi izləyin

Dünya

Bərzani müstəqil kürd dövləti üçün ABŞ-a gedir

Şimali İraq regional kürd rəhbərliyinin başçısı Məsud Bərzani mayın 3-də ABŞ-a səfər edəcək.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Maria Harf gündəlik mətbuat konfransında Bərzaninin ABŞ səfərinin bir həftə davam edəcəyini bildirib.

Məsud Bərzani prezident Barak Obama, vitse-prezident Co Bayden və dövlət katibinin köməkçisi Toni Blinkenlə görüşəcək.

Kürd liderin Vaşinqtonda hansı məsələləri müzakirə edəcəyinə gəlincə, bu məsələyə kürd muxtariyyətinin Divan Başçısı Fuad Hüseyn cavab verib. O, Bərzaninin ABŞ səfərində Mosulun İŞİD-dən xilas edilməsi, kürd bölgəsinin sərhədlərinin müəyyənləşdirilməsi və Ərbil-Bağdaq əlaqələrinin müzakirə olunacağını deyib. Fuad Hüseyn həmçinin bildirib ki, Bərzani kürd dövləti mövzusunu açıq bir şəkildə prezident Obamanın qarşısına qoyacaq.

Bərzani ötən həftə kürd bölgəsindəki siyasi partiyaların nümayəndələri ilə görüşündə vurğulayıb ki, İŞİD-ə qarşı döyüşdən sonra ABŞ-ın müstəqil kürd dövləti mövzusunda siyasəti dəyişib. “Amerika üç kvadrat metr ərazidə qurulacaq bir kürd dövlətinə də qarşı deyil”, - Bərzani bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm