Bin Ladenin kürəkəni mühakimə edilir
Bizi izləyin

Dünya

Bin Ladenin kürəkəni mühakimə edilir

Bin Ladenin kürəkəni mühakimə edilir

Usamə Bin Ladenin kürəkəni Süleyman Əbu Qeys martın 10-da Nyu-Yorkda məhkəməyə çıxarılacaq.

“Axar.az” xəbər verir ki, 11 sentyabr hücumunda iştirak etdiyi, hücum vaxtı Bin Ladenin yanında olduğu və Amerikaya qarşı müharibədə təsirli fiqur olduğu suçlamaları ilə mühakimə edilir. Bəraət tələbi rədd edilən Əbu Qeysə ömürlük həbs cəzası istənilir.

Əbu Qeys Əfqanıstan müharibəsində həbs olunan bir çoxlarının əksinə hərbi məhkəmədə deyil, Federal Məhkəmədə mühakimə edilir. Xatırladaq ki, Süleyman Əbu Qeys “Əl-Qaidə”nin sözçüsü idi. 2013-cü ilin 7 mart tarixində İordaniyanın paytaxtı Əmmanda yaxalanalaraq, Amerikaya təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm