Rusiya və Çin Aralıq dənizində birgə təlimlərə başlayır
Bizi izləyin

Dünya

Rusiya və Çin Aralıq dənizində birgə təlimlərə başlayır

Rusiya və Çinin hərbi dəniz qüvvələri may ayının ortalarında Aralıq dənizində ilk dəfə birgə təlimlər keçirəcəklər.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, təlimlərdə doqquz hərbi gəmi iştirak edəcək.

Cinin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Qen Yanşen təlimlərin hər hansı üçüncü tərəfə qarşı olmadığını bildirib. O, həmçinin qeyd edib ki, təlimlərin regiondakı vəziyyətlə heç bir əlaqəsi yoxdur.

Lakin ekspertlər Pekindən verilən bəyanatla razılaşmırlar. ABŞ-ın “The New York Times” qəzetinə danışan ekspertlər hesab edirlər ki, birgə təlimlər ABŞ və Avropaya mesajdır.

Çin Xalq Universitetinin beynəlxalq məsələlər üzrə professoru Si İnxun əmindir ki, Moskva və Pekin öz maraqlarını müdafiə edəcəyini ABŞ və Avropaya nümayiş etdirirlər. “Moskva Vaşinqtona göstərir ki, onun səylərinə baxmayaraq beynəlxalq aləmdən təcrid olunmayıb və Avropanın sərhədlərində təlimlər keçirə bilər. Pekin də Moskva ilə möhkəm dostluq əlaqələrini nümayiş etdirərək ABŞ və Yaponiyanın hərbi əməkdaşlığının genişlənməsinə reaksiya verir”, - çinli professor söyləyib.

ABŞ-ın Hərbi-Dəniz Kollecinin strateji tədqiqatlar üzrə mütəxəssisi Piter Dattom də eyni fikirdədir. Onun sözlərinə görə, Rusiya və Çin ABŞ və Avropaya siyasi siqnal göndərir ki, dənizlərdəki maraqlarını birgə müdafiə edə bilərlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm