Mahaçqalada atışma: 4 ölü
Bizi izləyin

Dünya

Mahaçqalada atışma: 4 ölü

Dağıstan Muxtar respublikasının paytaxtı Mahaçqalada restoranların birində atışma olub.

Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Dağıstan üzrə nümayəndəsi bildirib.

Hadisə dünən axşam Rəsul Həmzətov küçəsində yerləşən “Qambit” restoranında baş verib. Atışma nəticəsində dörd nəfər, o cümlədən polis nəfəri ölüb. Mənbə dəqiqləşdirib ki, polis hadisə yerində olarkən xidməti vəzifəsini yerinə yetirmirmiş.

“LifeNews” telekanalın məlumatına görə, tərəflərin mübahisəsi torpaq məsələsi ilə bağlı olub. Restoranda mübahisə edən tərəflər daha sonra küçəyə çıxıblar və orada atışma başlayıb.

Atışmada ölənlərdən ikisinin adı açıqlanıb. Onlardan biri rayonlararası qeydiyyat-imtahan bölməsinin müdiri Şamil Taalov, digəri isə Dağıstan Təqaüd Fondunun nəzarət yoxlama bölməsinin müdiri Ömər Musalovdur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm