Məhkumları zenit pulemyot qurğusu ilə güllələdilər - ŞOK
Bizi izləyin

Dünya

Məhkumları zenit pulemyot qurğusu ilə güllələdilər - ŞOK

Bir neçə gün bundan əvvəl 15 dövlət məmurunun öldürüldüyü deyilən Şimali Koreyadan növbəti edam xəbəri gəlib.


Publika.az xarici mediaya istinadən xəbər verir ki, məhkumlar yan-yana düzülərək ZPU-4 tipli zenit pulemyot qurğusu ilə öldürülüb.

Şimali Koreya İnsan Haqları Monitorinq Təşkilatının dərc etdiyi fotoşəkillər ötən ilin oktyabr ayında peykdən çəkilib. Təşkilat məhkumların yan-yana düzülərək 90 metr uzaq 6 ədəd ZPU-4 tipli zenit pulemyot qurğusu ilə güllələndiyini bildirib.

Fotoşəkillərin aylardır mütəxəssislər tərəfindən araşdırıldığını bildirən təşkilat görüntülərin başqa bir anlama gəlmədiyini qeyd edib. Əlli kalibrli bir ZPU-4 gülləsinin 24 pulemyotun atəş gücünə bərabər olduğunu yazan təşkilat atəşin insan bədənini tamamilə parçalamağa kifayət etdiyini vurğulayıb.

Qeyd edək ki, ZPU-4 qurğusu keçmiş SSRİ istehsalıdır və hazırda dünyanın 30-dan çox ordunun silah arsenalına daxil edilib. KPV pulemyotları ilə təchiz edilən ZPU-4 2 kilometrə qədər hündürlükdə hədəflərin məhv edilməsi üçün nəzərdə tutulub. Atış qabiliyyəti dəqiqədə 600 güllədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm