Nigeriyada 234 qadın və uşaq azad edilib
Bizi izləyin

Dünya

Nigeriyada 234 qadın və uşaq azad edilib

Nigeriya ordusunun Boko Haram ekstremist islamçı qruplaşmasına qarşı son günlər apardığı uğurlu əməliyyatlar yüzlərlə girovun azad edilməsinə səbəb olub. Mayın 1-də ordu ölkənin şimalında girov götürülmüş daha 234 qadın və uşağı azad edib.

Ordunun şimalda yerləşən Kavure və Konduga zonasında terrorçulara qarşı apardığı təmizləmə əməliyyatı zamanı daha 234 qadın və uşaq azad olunub.

Son bir həftədə ordunun keçirdiyi uğurlu əməliyyatlar nəticəsində girovluqdan azad edilənlərin sayı 700 nəfərə çatıb.

Azad edilən qadın və uşaqlar arasında 2014-cü il mayın 14-də Şibokda Boko Haram qruplaşmasının girov götürdüyü 200 lisey tələbəsinin olması barədə məlumat verilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm