Ölkə tarixində bir ilk: Müdafiə naziri qadın oldu
Bizi izləyin

Dünya

Ölkə tarixində bir ilk: Müdafiə naziri qadın oldu

Gürcüstanda yeni müdafiə naziri Tinatin Xidaşeli təyin olunub. Bununla da Gürcüstanda Müdafiə Nazirliyinə ilk dəfə qadın başçılıq edəcək.

ANS xəbər verir ki, onun bu təyinatı ölkə mətbuatında və ictimaiyyətdə geniş rezonans doğurub.

Tinatin Xidaşeli Gürcüstan parlamentinin indiki sədri David Usupaşvilinin xanımıdır. Onlar Gürcüstanın Respublika Partiyasının üzvləridir. T.Xidaşeli bir sıra qeyri-hökumət təşkilatının, o cümlədən Gənc Hüquqşünaslar Assosiasiyasının yaradıcılarından sayılır.

Xatırladaq ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili yeni kabinetinin tərkibində olacaq namizədləri təqdim edib. Deputat Qiqlu Aqulaşviliyə Ətraf mühitin müdafiəsi və təbii ehtiyatlar, deputat, keçmiş biznesmen və idmançı Tariyel Xiçikaşviliyə isə İdman və gənclər naziri vəzifəsinə təsdiqlənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm