Zəlzələdə ölənlərin sayı 7 mini keçdi
Bizi izləyin

Dünya

Zəlzələdə ölənlərin sayı 7 mini keçdi

Nepalda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 7 mini aşıb.

Publika.az-ın məlumatına görə, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata görə, ölənlərin sayı 7040, xəsarət alanların sayı isə 14397 nəfərə çatıb.

Qeyd edək ki, aprelin 25-də baş verən zəlzələnin episentri paytaxt Katmandunun şimal-qərbindən 82 kilometr aralıda, 15 kilometr dərinlikdə və 7,9 bal gücündə olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm