• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Mayk Tayson pərəstişkarını belə vurdu - VİDEO

  • Dünya
  • 3 May 2015 07:41
  • 964 Baxış
Mayk Tayson pərəstişkarını belə vurdu - VİDEO

Dünya şöhrətli boksçu Mayk Tayson onunla “şelfi” çəkdirmək istəyən azarkeşi dirsəyi ilə itələyib.

Publika.az “Bleacher Report” nəşrinə istinadən xəbər verir ki, hadisə məşhur boksçular, amerikalı Flod Meyvezer və filippinli Menni Pakyao arasında keçiriləcək döyüşdən əvvəl boksçuların çəki mərasimi zama nı baş verib.

Tayson tamaşaçı lojasından mərasimi izləyərkən arxadan yaxınlaşan azarkeş əlini Taysonun çiyinə qoyub və onunla “şelfi” çəkdirmək istəyib. Amma Tayson buna imkan verməyib və azarkeşi dirsəyi ilə sinəsindən vurub.

Qeyd edək ki, döyüş bu gün Las-Veqasda (Bakı vaxtı ilə 3 may saat 8:00-da) keçiriləcək.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR