İŞİD-ə biət edən liderin başına 130 min dollar qoyuldu
Bizi izləyin

Dünya

İŞİD-ə biət edən liderin başına 130 min dollar qoyuldu

Misirin Sina yarımadasındakı tayfalar İŞİD-ə biət etdiyini açıqlayan “Sina vilayəti” adlı təşkilatın liderlərindən olan Şadi əl-Muininin başına mükafat qoyub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Ailələr və Tayfa Gəncləri Birliyi onu öldürənə 130 min dollar, yerini söyləyənə isə 13 min dollar mükafat veriləcəyini açıqlayıb.

Birlikdən verilən məlumata görə, Muininin Qəzzaya qaçdığına dair dəqiq məlumatlar var. Terabin tayfasının liderlərindən olan Musa ed-Delh isə Sina yarımadasında İŞİD-lə silahlı qarşıdurmaya getməyəcəyini söyləyib.

Qeyd edək ki, Misir ərazisində fəaliyyət göstərən və orduya hücumları ilə tanınan “Ənsar Beyt əl-Makdis” qruplaşması İŞİD-ə biət etdiyini açıqlayandan sonra “Sina vilayəti” adlandırılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm