Misir mətbuatı Dağlıq Qarabağdakı “seçkiləri” pisləyən bəyanatlar yaydı
Bizi izləyin

Dünya

Misir mətbuatı Dağlıq Qarabağdakı “seçkiləri” pisləyən bəyanatlar yaydı

Misir mətbuatı bir sıra ölkələrin və beynəlxalq təşkilatların Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən “seçkiləri” pisləyən bəyanatlarını yayıb.

Publika.az xəbər verir ki, “Əl-Masr Əl-Yaum”, “Əl-Yaum Əl-Sabi” kimi nüfuzlu qəzetlərin saytlarında, həmçinin digər xəbər portallarında yerləşdirilən məqalələrdə ABŞ, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Türkiyə və İspaniyanın mayın 3-də keçirilən “seçkilər”i tanımayacaqları ilə bağlı bəyanatlar verdiyi qeyd olunur.

Məqalələrdə ABŞ Dövlət Departamentinin nümayəndəsi Cef Ratkenin Birləşmiş Ştatların Dağlıq Qarabağı müstəqil, suveren dövlət kimi tanımadığı və bununla əlaqədar mayın 3-də keçiriləcək “seçkilər”in nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna təsir göstərən nəticələr kimi qəbul etməyəcəyi barədə fikirlərinə xüsusi yer ayrılaraq onun aşağıdakı sözləri sitat gətirilir: “ABŞ etiraf edir ki, münaqişənin hərtərəfli həlli kontekstində Dağlıq Qarabağın əhalisi öz gələcəyinin həllində rol oynayacaq və bu “seçkilər” Dağlıq Qarabağın qəti statusu məsələsini, yaxud münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün cari danışıqların nəticələrini heç bir halda irəlicədən müəyyən etmir”.

Azərtac

Oxumağa davam et
Reklam
Reklam

Gündəm